azruen
Ümumi məlumat

Belə bir fikir mövcuddur ki, kamin evdə rahatliq, istilik və lüks göstəricisi kimi əvəzolunmazdır. Bunun formalaşmasında isə bir başa səbəbkar kütləvi mədəniyyətdir, xüsusilə kino. Filmlərdə adətən insanlar kamin ətrafında toplaşır, istirahət edir, həyatdan zövq alırlar. Təsadüfi deyil ki, dövlət rəhbərlərinin rəsmi görüşləri də kamin ətrafında keçirilir.

Qışda bag evinizdə hamını ətrafınıza toplayib gözəl zaman keçirəcəyiniz kamindən yaxşı nə ola bilər. Bu fikir hələ sadəcə plan formasındadırsa o zaman biz sizə kamin haqqinda əsas hansı nuanslara diqqət yetirməli oldugunuza və necə seçim etmənizə dair bu yazımızda məlumat verəcəyik.

İlk öncə kamin satın alma məqsədi ilə bağlı qərar verin. Kamin otağı bəzəmək üçün quraşdırılacaqsa, açıq xəzinə (və ya yanarqutu) ilə kamin istifadə etmək daha yaxşıdır və bəlkə də süni elektrikli kamin qurmaq kifayətdir. İstilik üçün qapalı xəzinə ilə odun və ya qazla işləyən kamin qurmaq daha yaxşıdır, onlar maksimum temperatur verirlər.

Funksional bir kamin  qurmaq istəyirsinizsə, evin tikilmə mərhələsində yerini nəzərə almaq daha yaxşıdır, çünki bacanın və kaminin quraşdırılması bir neçə yanğınsöndürmə qaydalarına əməl etməyi tələb edir. Əgər artıq hazırlanmış bir otaqda kamin olmasini planlaşdırırsınızsa, kaminin ağırlığını nəzərə alaraq yerə əlavə yükü hesablamalısınız.

Template variable fdk_products does not exists or parameter fromJson empty.

Nəcəfgulu Rəfiyev küç 14. Bakı AZ1025, Azərbaycan

info@fdk.az

Get in touch